
2026-cı il üçün nəzərdə tutulan dövlət büdcəsinin gəlirləri 2025-ci illə müqayisədə cəmi 0,6% artım göstərəcək.
Yeniavaz.com Milli Məclisdə müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir ki, gələn il büdcə gəlirlərin 38,6 milyard manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-ci ildə dövlət büdcəsinin ümumi gəlirlərinin 38,36 milyard manat təşkil edəcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, gələn ilin dövlət büdcəsinin gəlirlərində Neft Fondundan transfert kəskin azalacaq. Belə ki, gələn il Fonddan büdcəyə 12,8 milyard manat daxil olacaq və bu, 2025-ci ildəki göstəricidən 11,3% az olacaq. Digər əsas gəlir mənbələri üzrə isə artım olacaq. Belə ki, gələn il üçün ən böyük artım vergilərdə olacaq.
Aşağıdakı cədvəldə 2025-ci və 2026-cı ilin dövlət büdcələrində (proqnoz) gəlirlərin hansı mənbələrdən və nə qədər olacağı göstərilib:

Elnur Əli