
“Opta” superkompüteri Avropanın nüfuzlu turnirinin üçüncü turundan sonra UEFA Çempionlar Liqasının favoritini müəyyən edib.
Yeniavaz.com xəbər verir ki, superkompüter “Arsenal”ın qalib gəlmə şansını 21,13% qiymətləndirib.
“Opta”nın nəticələrinə görə, PSJ-nin 14,03%, “Liverpul”un isə 12,31% şansı var.
Qeyd edək ki, Çempionlar Liqasının hazırkı çempionu Fransanın PSJ komandasıdır.
Hazırda PSJ Çempionlar Liqasının ümumi turnir cədvəlinə başçılıq edir. “Bavariya” və “İnter” isə ilk üçlükdə qərarlaşır. Komandaların hər birinin 9 xalı var.
Xatırladaq ki, cari turnirin finalı Budapeştdəki “Puşkas Arena”da keçiriləcək. Turnirin həlledici qarşılaşması 2026-cı il mayın 30-da baş tutacaq.