“Tesla” 13 minə yaxın avtomobilini geri çağırır


ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” bəzi avtomobillərdə akkumulyator sistemindəki problemlə bağlı ABŞ-də 12 min 963 avtomobilini geri çağırır.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Məlumata görə, problem bəzi 2025 “Model 3” və 2026 “Model Y” avtomobillərini əhatə edir. Bu isə avtomobilin qəfil dayanmasına, sürətlənmə qabiliyyətinin itməsinə və qəza riskinin artmasına səbəb ola bilər.
Problem “InTiCa” tərəfindən istehsal olunan akkumulyator kontaktorlarındadır. “Tesla” problemli kontaktorları pulsuz əvəz edəcəyini bildirib.
Avtomobil sahiblərinə bildiriş məktublarının 9 dekabr tarixində göndərilməsi planlaşdırılır.
NHTSA problemin geri çağırılan avtomobillərin təxminən 1%-də olduğunu təxmin edir.
Bununla belə, şirkət bu problemin səbəb olduğu qəzalar, xəsarətlər və ya ölüm halları ilə bağlı heç bir məlumat almadığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top