Rusiya “WhatsApp”a məhdudiyyət tətbiq edir?


Oktyabrın 20 və 21-də Rusiyada populyar mesajlaşma tətbiqləri – “Telegram” və “WhatsApp”a girişdə fasilələr yaranıb.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, istifadəçilər əsasən Krasnodar diyarı və Rostov vilayətindən problemlərlə bağlı şikayətlər ediblər.
Birinci kəsinti 20 oktyabrda saat 20:00–21:30, ikincisi isə 21 oktyabrda saat 12:30–16:00 aralığında baş verib. Qısa müddətli nasazlıq “Viber” istifadəçilərinə də təsir edib.
Ekspertlərin fikrincə, fasilələr “Roskomnadzorun” “Telegram” və “WhatsApp”da zəngləri bloklamaq üçün yeni texniki metodları sınaqdan keçirməsi ilə bağlı ola bilər. Qurum hadisə barədə rəsmi açıqlama verməsə də, zəng məhdudiyyətlərinin qüvvədə qaldığını bildirib.
Maraqlıdır ki, bu hadisələrdən bir gün əvvəl “Amazon Web Services” (AWS) platformasında qlobal texniki nasazlıq baş verib, lakin ekspertlər bu iki proses arasında bağlantı olmadığını vurğulayıb.
Rusiyada “WhatsApp”ın 96,5 milyon, “Telegram”ın isə təxminən 90 milyon aktiv istifadəçisi var. Buna baxmayaraq, son bir ildə “Signal”, “Discord” və “Viber” kimi digər platformalar da ölkədə məhdudlaşdırılıb.
İnternet Müdafiə Cəmiyyətinin direktoru Mixail Klimarev bildirib ki, müşahidə olunan kəsintilər “Roskomnadzor”un TSPU cihazları vasitəsilə trafiki filtrləmə sınaqları ilə əlaqədar ola bilər:
“Bu, ya dövlətin təhlükəsizlik tədbiri, ya da yeni nəzarət mexanizmlərinin testidir”.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top