
Oktyabrın 19-da Luvrda baş verən soyğun nəticəsində dəymiş ziyan 88 milyon avro olaraq qiymətləndirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Paris prokuroru Lor Beko RTL radiosunda bildirib.
“Zərər, Luvr direktorunun fikrincə, 88 milyon avro təşkil edir. Bu, təsirli məbləğdir, lakin heç bir şəkildə tarixən vurulmuş zərərlə müqayisə edilə bilməz”, - prokuror qeyd edib.
O, əlavə edib ki, quldurlar oğurlanmış zinət əşyalarını əritmək qərarına gəlsələr belə müqayisə edilə bilən məbləği əldə edə bilməyəcəklər.
Beko qeyd edib ki, təhqiqat davam edir və təxminən 100 müstəntiq iştirak edir. O vurğulayıb ki, Luvr muzeyinə cəmi dörd oğru girsə də, onların komandasının bir hissəsi olan və oğurluğun hazırlanmasında kömək edən digər şübhəlilərin də bu işdə iştirak etməsi mümkündür.