
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) işləyən işçilərin sayı 1 milyon 780 min 341 nəfər olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən verdiyi xəbərə görə, muzdlu işçilərin 55%-i və ya 982 min 563 nəfəri paytaxt Bakıda işləyənlərdir.
Qeyd edək ki, dövlət sektorunda işləyən muzdlu işçilərin 46%-i, özəl sektorda çalışanların isə 64%-i Bakının payına düşür.
Açıqlanan rəsmi məlumatlara əsasən apardığımız hesablamalar göstərir ki, Bakıda özəl sektorda əhalinin hər 1000 nəfərinə düşən muzdlu işçilərin sayı 245 nəfər olduğu halda, digər bölgələrdə bu göstərici cəmi 41 nəfərdir.
Onu da qeyd edək ki, paytaxt Bakıda ümumi işçi qüvvəsinin 45,5%-i özəl sektorda muzdla işlədiyi halda, digər şəhər və rayonlarda ümumi işçi qüvvəsinin cəmi 8%-i özəl sektorda fəaliyyət göstərir.
Elnur Əli