
“Amerika rəsmiləri avropalı həmkarlarına Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya təzminat krediti vermək üçün istifadə təşəbbüsünə hələ qoşulmayacaqlarını bildiriblər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələrindən birinin məlumatına görə, ABŞ rəsmiləri imtinalarını bazar sabitliyinə potensial risklər göstərməsi ilə izah ediblər. Başqa bir mənbə, amerikalıların sadəcə, hələlik öhdəlik götürmək istəmədiklərini deyib.
Nəşr qeyd edir ki, ABŞ-nin tərəddüdünün bütün G7 ölkələrini dondurulmuş Rusiya aktivlərindən istifadə planına qoşulmağa inandırmağa çalışan Aİ üçün uğursuzluqdur. Agentlik yazır ki, Böyük Britaniya və Kanada Aİ təşəbbüsünü dəstəkləyir, Yaponiya isə ABŞ kimi daha ehtiyatlı mövqe tutur.