
İsrailin anklavda iki illik hərbi əməliyyatı zamanı Fələstinin Qəzza zolağında dövlət və ya bələdiyyə orqanlarına məxsus olan və yerli hökumət reyestrlərində qeyd olunanlar da daxil olmaqla təxminən 100 min bina tamamilə dağıdılıb.
Yeniavaz.com xəbər verir ki, bu məlumatlar Fələstin Mərkəzi Statistika Bürosunun hesabatında təqdim olunub.
Bildirilib ki, 2023-cü ilin oktyabr ayının əvvəlindən gedən döyüşlər zamanı Qəzza zolağında 102 067 bina və tikili tamamilə dağıdılıb, 192 812 dövlət və bələdiyyə binasına ciddi ziyan dəyib.
Bundan başqa, İsrail qüvvələri 330.500 şəxsi ev və binanı tamamilə və ya qismən dağıdıb.
Qeyd edilib ki, müharibə dövründə Qəzzada su və kanalizasiya sistemlərinin ən azı 85%-i məhv edilib. Onların bərpası üçün lazımi xərclər, ilkin hesablamalara görə, 1,5 milyard dollardan çox olacaq.