Atəşkəsdən sonra Qəzzada 50-dən çox adam ölüb


Atəşkəs qüvvəyə minəndən bəri İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında ən azı 51 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı rəsmi qurumlara istinadla məlumat yayıb.
Bildirilib ki, atəşkəsdən sonra Qəzza zolağında qurbanların sayı 51-ə çatıb, 150-dən çox insan yaralanıb.
Xatırladaq ki, oktyabrın 6-da İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında münaqişənin həlli üçün dolayı danışıqları bərpa ediblər. Oktyabrın 9-da tərəflər ABŞ prezidenti Donald Trampın əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Oktyabrın 18-də Qəzza Media İdarəsi bəyan edib ki, İsrail atəşkəsi 47 dəfə pozub, nəticədə 38 nəfər ölüb, 143 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top