Zelenski müttəfiqlərini Rusiyaya güzəştə getməməyə çağırdı


Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərini Rusiyaya təslim olmaqdan çəkinməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna Prezidenti bu barədə ABŞ səyahətindən qayıdandan sonra danışıb.
O bu səfər zamanı, ABŞ-nin Kiyevə “Tomaqavk” raketlərini çatdırmaq məqsədinə nail ola bilməyib. Zelenski həftələrlə “Tomaqavk” raketlərini tələb etdikdən sonra Vaşinqtona gedib. O, Alyaskadakı uğursuz hesab olunan sammitdən sonra ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putin barədə artan məyusluğundan yararlanmağa ümid edirdi.
Bununla belə, Ukrayna lideri Trampın Qəzza zolağında ötən həftə əldə edilmiş atəşkəsdən sonra yeni diplomatik irəliləyiş gözləntiləri fonunda əliboş gəlib.
 “Ukrayna heç vaxt terrorçulara cinayətlərinə görə mükafat verməyəcək və biz tərəfdaşlarımızın bu mövqeyi qoruyacaqlarına inanırıq”, -  Zelenski Vaşinqtondan qayıtdıqdan sonra sosial şəbəkədə yazıb.
O, Avropadakı müttəfiqlərini və Amerikanı qətiyyətli addımlar atmağa çağırıb.
Qeyd edək ki, cümə axşamı Putinlə uzun sürən telefon danışığından sonra Tramp tezliklə Budapeştdə görüşməyə razılaşdıqlarını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top