
Fransanın keçmiş prezidenti Nikola Sarkozi yaxın günlərdə Parisdəki “La Sante” həbsxanasında yerləşdiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilir ki, o, doqquz kvadratmetrlik təkadamlıq kamerada qalacaq.
Bu qərar Sarkozinin digər məhbuslarla əlaqə saxlamasının və qaçaq mobil telefonlardan istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır.
Rəsmilər bildiriblər ki, bu şərait onun təhlükəsizliyi və nəzarətin gücləndirilməsi üçün seçilib.
Qeyd edək ki, Sarkozi Avropa İttifaqı ölkələri arasında həbs olunan ilk sabiq dövlət başçısı olacaq.