
Rusiyada son iki il ərzində qızıl ehtiyatlarının dəyəri iki dəfə artırıb.
Yeniavaz.com Rusiya Mərkəzi Bankın rəsmi məlumatlarını istinadən xəbər verir ki, ölkənin qızıl ehtiyatlarının ümumi dəyəri 2023-cü ilin oktyabrın 1-dən 2025-ci ilin oktyabrın 1-dək dövr ərzində təxminən 142 milyard dollar artıb.
Məlumata görə, 2023-cü il oktyabrın 1-də Rusiyanın anbarlarında 140,5 milyard dollar dəyərində qızıl saxlanılırdı. 2025-ci ilin eyni tarixində isə bu rəqəm artıq 282,1 milyard dollara yüksəlib.
İqtisadçılar hesab edirlər ki, artımın əsas səbəblərindən biri beynəlxalq sanksiyalar fonunda Rusiyanın xarici valyuta ehtiyatlarını qızılla əvəz etməsi, həmçinin dünya bazarında qızılın qiymətinin son iki ildə rekord səviyyədə yüksəlməsidir.