Dünyada çörəyin ən baha və ən ucuz satıldığı ölkələr – Siyahı


Dünyada yarım kiloqram ağ buğda çörəyinin orta qlobal qiyməti 138,04 rubl (1,71 dollar) təşkil edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Rusiyanın “RİA Novosti” agentliyinin apardığı araşdırmada yer alıb.
Bildirilir ki, çörəyin ən bahalı olduğu ölkə Cibuti hesab olunur. Bu ölkədə yarım kiloqram ağ buğda çörəyinin qiyməti 748,7 rubla (9,24 dollar) bərabərdir. Ən ucuz çörək isə dövlət subsidiyaları sayəsində Əlcəzairdə qeydə alınıb – 13,8 rubl (0,17 dollar).
Çörəyin baha satılan ölkələrin bəziləri aşağıdakı kimi olub:
Bermud adaları 677,6 rubl (8,37 dollar)
Kayman adaları 499,7 rubl (6,17 dollar)
Monako 422,1 rubl (5,21 dollar)
Baham adaları 414 rubl (5,11 dollar)
Konqo 400,2 rubl (4,94 dollar)
Mərkəzi Afrika Respublikası 357,4 rubl (4,41 dollar)
İslandiya 337,2 rubl (4,16 dollar)
Lixtenşteyn 332,3 rubl (4,10 dollar)
Cənubi Afrika Respublikası 329,9 rubl (4,07 dollar)
Çörəyin ucuz olduğu ölkələrin bəziləri isə aşağıdakı kimi olub:
Əlcəzair 13,8 rubl (0,17 dollar)
Esvatini 15,4 rubl (0,19 dollar)
Əfqanıstan 16,2 rubl (0,20 dollar)
Liviya 19,4 rubl (0,24 dollar)
Çad 28,3 rubl (0,35 dollar)
Özbəkistan 31,53 rubl (0,39 dollar)
Qırğızıstan 34 rubl (0,42 dollar)
Qazaxıstan 34,8 rubl (0,43 dollar)
Azərbaycan 36,4 rubl (0,45 dollar)
Rusiya çörəyin əlçatanlığı baxımından siyahıda yüksək mövqedədir: ağ buğda çörəyinin sentyabr ayı üzrə orta qiyməti 57,1 rubl (0,70 dollar) olaraq göstərilib. Belarusda isə orta qiymət 62,8 rubl (0,78 dollar) təşkil edib.
"RİA Novosti" qeyd edir ki, ölkələr üzrə böyük fərqlər əsasən ərzaq idxalından asılılıq, dövlət subsidiyaları və yerli istehsal imkanları ilə izah olunur.

DİGƏR XƏBƏRLƏR

Top