“Gucci”nin sahibi kosmetika biznesini “L'Oreal”a satır − 4 milyard


“Gucci”, “Balenciaga” və “Yves Saint Laurent” kimi brendlərin sahibi “Kering” şirkəti kosmetika bölməsini “L'Oréal”a satmaq üçün danışıqlar aparır.
Yeniavaz.com
xəbər verir ki, “The Wall Street Journal” sövdələşmə haqqında məlumat yayıb.
Nəşrin mənbələrinə görə, gələn həftə elan oluna biləcək sövdələşmə 4 milyard dollar dəyərində qiymətləndirilir.
Müqavilə “Kering”ə 2025-ci ilin yayın ortalarında təxminən 11 milyard dollar təşkil edən borc yükünü azaltmağa və əsas brendləri, xüsusən də Çində satışlarının azalması ilə üzləşən “Gucci”ni canlandırmağa imkan verəcək.
Öz növbəsində, dünyanın ən böyük kosmetik oyunçusu olan “L'Oréal” ətir brendi “Creed”i alacaq və “Kering” brendləri, o cümlədən “Bottega Veneta”, “Balenciaga” və “Alexander McQueen” ilə əlaqəli yeni kosmetika xətləri yaratmaq hüququnu əldə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top