“Tramp “yox” da demədi, “hə” də” − Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələrini növbəti dəfə şərh edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zelenski “NBC News” telekanalına müsahibəsində danışıb.
Ukrayna prezidenti etiraf edib ki, hələ istədiyinə nail olmayıb, lakin amerikalı həmkarından qəti imtina eşitməyib:
“Prezident Trampın “yox” deməməsi yaxşı haldır, lakin bu günə kimi o, “hə” də deməyib”.
Zelenski həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərlə mümkün təchiz olunması Putini ciddi narahat edir:
“Düşünürəm ki, Putin ABŞ-nin bizi “Tomaqavklar”la təmin edəcəyindən qorxur. Məncə, o, həqiqətən bizim onlardan istifadə edəcəyimizdən qorxur. O, bilir ki, onun hərbi hədəflərinin harada olduğunu bilirik”.
Xatırladaq ki, oktyabrın 17-də ABŞ və Ukrayna prezidentləri Ağ Evdə bağlı qapılar arxasında danışıqlar aparıblar. Görüşdən sonra Zelenski jurnalistlərə bildirib ki, tərəflər qanadlı raketlər məsələsi ilə bağlı açıqlama verməmək qərarına gəliblər, çünki ABŞ eskalasiyanı istəmir.

DİGƏR XƏBƏRLƏR

Top