Premyer Liqanın dəyəri 1 milyarda yaxın artdı — “Transfermarkt”


Nüfuzlu “Transfermarkt” portalı yay transfer pəncərəsindən və yeni mövsümün başlamasından sonra İngiltərə Premyer Liqası oyunçularının qiymətlərini yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, Premyer Liqa klublarının ümumi dəyəri 756,25 milyon avro artıb.
Beləliklə, liqadakı bütün oyunçuların dəyəri 12,78 milyard avroya çatıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqası heyətinin dəyərinə görə dünyanın ən dəyərli liqaları arasında birincidir.
Belə ki. onun dəyəri reytinqdə ikinci və üçüncü olan İspaniya La Liqası (5,57 milyard avro) və İtaliya A Seriyasının (5,44 milyard avro) dəyərindən iki dəfə çoxdur.
İngiltərə Premyer Liqasının ən dəyərli klubu isə “Arsenal” olaraq qalır (1,31 milyard avro). Onu 1,21 milyard avro ilə  “Mançester Siti” izləyir.

DİGƏR XƏBƏRLƏR

Top