
Britaniya kralının qardaşı Şahzadə Endryu amerikalı maliyyəçi Cefri Epşteynlə əlaqələrinə görə York hersoqu titulundan istifadəni dayandıracaq.
Yeniavaz.com xəbər verir ko, bu barədə Bukingem Sarayının mətbuat xidməti məlumat yayıb.
“Kral III Çarlz və ailəmin üzvləri ilə müzakirələrdən sonra belə qənaətə gəldik ki, mənə qarşı davam edən ittihamlar Əlahəzrət və kral ailəsinin işindən yayındırır. Mən həmişə olduğu kimi, ailəm və ölkəm qarşısında öhdəliklərimi birinci yerə qoymağa qərar verdim. İctimai həyatdan geri çəkilmək üçün beş il əvvəl verdiyim qərarın yanındayam. Əlahəzrətin razılığı ilə bundan sonra titulumdan və aldığım fəxri adlardan istifadə etməməliyəm”, - şahzadə bildirib.
Xatırladaq ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.