Özəl bankların ümumi mənfəətinin yarıdan çoxu bir şirkətə məxsusdur – Tam siyahı


Xəbər verdiyimiz kimi
, Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin ilk 3 rübünün mənfəət və zərərlərini açıqlayıblar.
Yeniavaz.com
xəbər verir ki, ölkədə fəaliyyət göstərən banklar ümumilikdə 911 milyon 284 min manat xalis mənfəət əldə ediblər.
Mənfəət əldə edən banklardan ikisi dövlət bankıdır. “Beynəlxalq Bank” 261 milyon 323 min manat, “Azər Türk Bank” isə 9 milyon 367 min manat mənfəət qazanıb.
Özəl banklar tərəfindən əldə olunan 640 milyon 594 min manatlıq mənfəətin 361 milyon 966 min manatı və ya 56,5 faizi ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə bağlı iki bankın – “Kapital Bank” və “Paşa Bank”ın payına düşüb.
“Kapital Bank” son 9 ayda 229 milyon 129 min manat, “Paşa Bank” isə 132 milyon 837 min manat xalis mənfəət əldə edib.
Banklar arasında yeganə zərər edən maliyyə qurumu isə “Bank BTB” ASC olub. Bu bankın son 9 aydakı xalis zərəri 641 min manat təşkil edib.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top