AK Ukraynaya 25 milyard avro ayıracaq – Rusiya aktivlərindən


Avropa Komissiyası (AK) Rusiyanın şəxsi hesablarındakı dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya əlavə 25 milyard avro “təzminat krediti” ayırmağın yollarını araşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” nəşri əldə etdiyi sənədlərə istinadla məlumat yayıb.
Məlumata görə, Brüssel sentyabrda Kiyevə köçürəcəyinə söz verdiyi 140 milyard avronu Rusiya fondları hesabına artırmağa ümid edir.
Sənəddə dərhal qeyd olunur ki, bu prosesin qanunauyğunluğu “hələ təfərrüatı ilə qiymətləndirilməyib” və belə bir təhlil aparılmadan heç bir qərar qəbul oluna bilməz.
Aİ-nin maliyyə nazirlərinin noyabrda keçiriləcək iclasda AK-nin təklifini müzakirə edəcəkləri gözlənilir.
Qəzet qeyd edir ki, onlar Ukraynaya kredit verməyə razılaşsalar, bu vəsait "Ukrayna müdafiə sektorunun texnoloji və sənaye bazasının inkişafı" və onun Avropa hərbi sənaye kompleksinə inteqrasiyası üçün istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top