
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xarici ölkələrdən 85 min 257 ədəd mühərrikli nəqliyyat vasitəsi idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan avtomobillərin ümumi gömrük dəyəri 1 milyard 605 milyon 21 min dollar olub.
Açıqlanan rəqəmlərdən belə görünür ki, Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin 1 ədədinin orta gömrük dəyəri 18 826 dollara bərabər olub.
Ölkəyə idxal edilən avtomobillərin növləri və orta dəyərləri aşağıdakı kimi olub:
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri – 652 ədəd (10 582 dollar);
Əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri – 78 205 ədəd (18 307 dollar);
Daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən (xaricdən doldurulmayan) nəqliyyat vasitələri – 12 555 ədəd (21 037 dollar);
Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan hibrid nəqliyyat vasitələri – 31 873 ədəd (18 971 dollar);
Yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri – 1 559 ədəd (30 924 dollar);
Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri – 6 030 ədəd (11 697 dollar);
Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri – 370 ədəd (90 663 dollar).
Elnur Əli