Xarici ticarət dövriyyəsində mənfi saldo qeydə alınıb


Bu ilin sentyabr ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 257,5 milyon dollar olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 1 milyard 541,2 milyon dollarını ixrac, 1 milyard 716,3 milyon dollarını idxal təşkil edib.
Ötən ilin sentyabr ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi 245 milyon dollar azalıb. Bu dövrdə ixrac 82 milyon dollar, idxal isə 162,7 milyon dollar azalıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında ticarət dövriyyəsində 175,1 milyon dollarlıq mənfi saldo yaranıb.
Onu da bildirək ki, son 10 il ərzində ilk dəfə olaraq bu ilin fevral ayında idxal ixracı üstələyib və nəticədə mənfi saldo qeydə alınır. Sonuncu dəfə 2015-ci ilin fevral ayında ticarət dövriyyəsində 76,1 milyon dollar dəyərində mənfi saldo olub və sonrakı illərdə heç vaxt mənfi saldo qeydə alınmayıb. Fevral ayından sonra isə 2 dəfə - aprel və sentyabr aylarında mənfi saldo yaranıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top