
“İnter Mayami”nin 38 yaşlı argentinalı hücumçusu Lionel Messi “Atlanta Yunayted”lə qarşılaşmada (4:0) vurduğu dubldan sonra MLS-in bombardirlər cədvəlində ilk pilləyə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bununla da o, mövsümün əvvəlindən 24 qol vuran “Los-Anceles”in qabonlu hücumçusu Denis Buanqanı qabaqlayıb.
Qeyd edək ki, Messi mövsümün əvvəlindən 27 matçda 26 qol vurub, 19 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “İnter Mayami”nin növbəti oyunu oktyabrın 19-da “Neşvill”lə olacaq.