Bu il Azərbaycanda işsizlərin sayı 300 nəfər azalıb


Bu ilin oktyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda 279,3 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 10 ay ərzində ölkədə işsizlərin sayı təxminən 300 nəfər azalıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 375,8 min nəfər olub, onların 5 milyon 96,5 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu da qeyd edək ki, 2025-ci ilin iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 236,4 min nəfər olub və onların 50,9%-ini qadınlar təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top