Rusiyanın xarici ticarət saldosu kəskin şəkildə azalıb


Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkənin xarici ticarət saldosu 2025-ci ilin avqust ayında kəskin şəkildə azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu ilin iyul ayında 12,7 milyard dollar olan müsbət xarici ticarət saldosu avqustda 41,3% azalaraq 7,5 milyard dollara düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə də geriləmə müşahidə olunub. Belə ki, 2024-cü ilin avqustundakı 8,7 milyard dollarlıq profisitlə müqayisədə bu göstərici 13,7% azalıb.
Ümumilikdə, 2025-ci ilin yanvar–avqust aylarında Rusiyanın xarici ticarət profisiti 14,8% azalıb və 88,7 milyard dollardan 75,5 milyard dollara enib.
Məlumatda qeyd olunur ki, ixrac həcmi avqustda 31,5 milyard dollar təşkil edib ki, bu da əvvəlki aya nisbətən 17,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,9% azdır.
Eyni zamanda idxal 24,1 milyard dollar olub ki, bu da ay ərzində 4,9%, illik müqayisədə isə 7,3% azalma deməkdir.
2025-ci ilin yanvar–avqust dövründə ümumi xarici ticarət dövriyyəsi 456,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azdır.
Rusiya Mərkəzi Bankın 25 iyul tarixli yenilənmiş baza proqnozuna əsasən, 2025-ci ilin sonuna qədər Rusiya neftinin orta illik qiymətinin 55 dollar/barel olacağı gözlənilir. Bu ssenariyə görə, ilin yekununda müsbət xarici ticarət saldosu 104 milyard dollar, ixrac 410 milyard dollar, idxal isə 306 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top