
Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 52 dollara çatıb.
Bakı vaxtı ilə saat 7:30-a olan məlumata görə, gümüşün qiyməti 0,78% artaraq 1 troy unsiyası üçün 52,055 dollar olub.
Bakı vaxtı ilə saat 8:10-a olan məlumata görə, gümüşün qiymətinin artımını sürətləndirərək, 1 troy unsiyası üçün 52,215 dollar (1,09%) təşkil edib.