Azərbaycandan Rusiyaya ixrac olunan kərə yağı kəskin azalıb


Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan Rusiyaya 3 min 377 ton kərə yağı ixrac olunub.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya ixrac edilən kərə yağının miqdarı 2,2 dəfə azalıb.
Qeyd edək ki, ötən ilin ilk 8 ayında Azərbaycandan Rusiyaya 7 min 386,5 ton kərə yağı göndərilib.
Onu da bildirək ki, ötən il Rusiyaya ixrac olunan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 6,2 dollar (10,5 manat) olduğu halda, bu il həmin göstərici 7 dollar (11,9 manat) təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top