
“Time” jurnalı Qəzzada İsrail və HƏMAS arasında atəşkəs razılaşmasından sonra ABŞ Prezidenti Donald Trampı üz qabığına çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə nəşr sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumata görə, üz qabığında Trampın aşağı bucaqdan fotoşəkili ilə birlikdə Erik Kortellessanın “Onun zəfəri” məqaləsi yer alıb.
Üz qabığının aşağı sol küncündə başlıqlar və jurnalda daha əvvəl Qəzzada döyüşlərin dayandırılmasında Trampın rolu ilə bağlı məqalələr dərc etmiş müəlliflər yerləştirlib.
Onların arasında Ehud Barakın “İsrailin ehtiyacı olan lider” və Məhəmməd bin Əbdül-Kərim əl-İsanın “Qəzza necə yenidən qurulur” məqalələri var.
Qeyd edək ki, oktyabrın 13-də İsrail parlamentində çıxışı zamanı Tramp fələstinlilərin “uzun və ağrılı kabusunun” sona çatdığını bəyan edib. Oktyabrın 9-da isə Tramp İsrail və HƏMAS-ın Qəzzada münaqişənin həlli üçün sülh planının birinci mərhələsinə dair saziş imzaladığını açıqlayıb.
