
Gümüş fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 50 dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” ticarət platformasının məlumatlarında bildirilib.
Belə ki, Bakı vaxtı ilə saat 16:33-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 50,07 dollara çataraq, bütün zamanların ən yüksək həddinə çatıb.
Saat 16:48-ə olan məlumata görə, gümüşün qiyməti yüksəlişini azaldıb və bir troy unsiyası üçün 49,825 dollara satılıb.