
2024/2025-ci tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 246 min 529 tələbə təhsil alıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tələbələrin 51,1 faizini (126 min 92 nəfər) qadınlar, 48,9 faizini (120 min 437 nəfər) isə kişilər təşkil edir.
Qeyd edək ki, ali təhsil müəssisələrində təhsil ixtisası üzrə oxuyanların 82,9 faizi qadın, 17,1 faizi kişilərdir. Humanitar və sosial sahələrdə qadınların payı 61 faiz, kişilərin payı isə 39 faiz olub. Mədəniyyət və incəsənət ixtisaslarında da qadınların üstünlüyü daha qabarıqdır – bu sahədə tələbələrin 68,2 faizi qadın, 31,8 faizi kişidir. İqtisadiyyat və idarəetmə ixtisasları üzrə isə əksinə, kişilər çoxluq təşkil edir – tələbələrin 55,7 faizi kişi, 44,3 faizi qadındır. Təbiət elmlərdə oxuyanların 60,4 faizi qadın, 39,6 faizi kişi tələbələrdir. Texniki və texnoloji ixtisaslarda kişi tələbələrin üstünlüyü aydın görünür – bu sahədə 70,7 faiz kişi, 29,3 faiz isə qadındır. Kənd təsərrüfatı üzrə ixtisaslarda da kişilərin payı çoxdur, yəni 68,8 faiz kişi, 31,2 faiz qadındır. Səhiyyə, rifah və xidmət sahəsində isə qadınlar üstünlük təşkil edir – bu sahədə 64,2 faiz qadın, 35,8 faiz kişi oxuyur. Əsas (baza ali) tibb təhsili üzrə tələbələrin 62,5 faizi qadın, 37,5 faizi kişidir. Rezidenturada hazırlıq alanların (həkim-mütəxəssis) 68,6 faizi qadın, 31,4 faizi kişi olub. Xüsusi təyinatlı ixtisaslarda isə tələbələrin 98,6 faizi kişi, yalnız 1,4 faizi qadındır.
Elnur Əli