Azərbaycanda insanlar televiziyada ən çox nələrə baxırlar? – Siyahı


2025-ci ilin üçüncü rübü ərzində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Belə ki, şuranın Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin üçüncü rübü (iyul, avqust və sentyabr ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.
Statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü aşağıdakı kimidir:
- 21.8% - informasiya və analitik proqramlar;
- 17.2% - musiqi və əyləncəli proqramlar;
- 15.9% - idman proqramları;
- 15.2% - bədii filmlər və seriallar;
- 10% - reklam məzmunlu materiallar;
- 8.1% - mədəni-maarif janrında proqramlar;
- 3.6% - anonslar və elanlar;
- 3.3% - sənədli film və materiallar;
- 2.3% - sosial proqramlar;
- 1.4% - sosial çarxlar;
- 1.2% - uşaq proqramları və cizgi filmləri.
Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq mümkündür:

DİGƏR XƏBƏRLƏR

Top