
Sentyabr ayında Rusiyada benzinin qiyməti əvvəlki ayla müqayisədə 2,58% artıb.
Yeniavaz.com “Rosstat”a istinadən xəbər verir ki, bu, ötən aylara nisbətən daha yüksək artım tempi kimi qiymətləndirilir.
Bildirilir ki, avqustda benzin 1,81%, iyulda 1,37%, iyunda 0,66%, mayda 0,29%, apreldə isə 0,6% bahalaşıb. Beləliklə, qiymətlər ardıcıl yeddinci ayda artım nümayiş etdirib.
Ən çox bahalaşma Aİ-92 markalı benzində (2,8%) müşahidə olunub. Aİ-95 markalı benzin isə 2,5% bahalaşıb.
2024-cü ilin sentyabr ayı ilə müqayisədə Rusiyada benzinin qiyməti 12,73% yüksəlib. Dizel yanacağının dəyəri də artaraq avqustla müqayisədə 1,5% bahalaşıb.
Ümumilikdə, 2024-cü ildə Rusiyada benzin qiymətləri 11,13% artıb, bu isə ilin ümumi inflyasiya göstəricisini (9,52%) üstələyib.
Mütəxəssislər qiymət artımını istehsal xərclərinin, vergilərin və neft məhsullarına olan daxili tələbatın yüksəlməsi ilə əlaqələndirirlər.