Daha 980 ailə Qarabağa köçürülür – Bir ailənin daşınmasına 978 manat xərclənəcək


Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) “Pelican Service” MMC (VÖEN – 1404665011) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Bildirilir ki, MMC “Qaçqınkom”un sifarişi ilə Ağdərə rayonunun Çapar kəndinə 50, Xocavənd şəhərinə 620, Güneyxırman kəndinə 210, Xankəndi şəhərinə isə 100 məcburi köçkün ailələsini köçürəcək və qarşılığında 950 min 748 manat 42 qəpik alacaq.
Rəqəmlərdən də göründüyü kimi, bir məcburi köçkün ailəsinin qeyd olunan rayonlara köçürülməsi xərci orta hesabla 978 manat təşkil edəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top