İsrailli girovlar nə vaxt azad ediləcək? – HƏMAS açıqladı


Fələstinin HƏMAS hərəkatı bazar ertəsi səhər girovları azad etməyə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə HƏMAS-ın xüsusi nümayəndəsi Usamə Həmdan AFP agentliyinə müsahibəsində bildirib.
“İmzalanmış sənədə əsasən, məhbus mübadiləsinin razılaşdırıldığı kimi bazar ertəsi səhər başlaması planlaşdırılır”, - o, qeyd edib.
Onun sözlərinə görə, girovların qaytarılmasından sonra İsrail iki minə yaxın fələstinli məhbusu həbsxanalarından azad etməlidir.
Qeyd edək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağı ilə bağlı sülh planının birinci mərhələsinə dair saziş imzalandığını açıqlayıb. Amerika lideri izah edib ki, bu, bütün girovların ən qısa bir vaxtda azad edilməsi, eləcə də İsrail qoşunlarının razılaşdırılmış xəttə çıxarılması deməkdir.
Elə həmin gün HƏMAS lideri Xəlil əl-Həyya bəyan edib ki, razılaşmanın bir hissəsi olaraq İsrail hakimiyyəti bütün fələstinli qadın və uşaqları azad edəcək. O, 250 məhbusun və anklavın 1700 sakininin azad ediləcəyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top