
Bu ilin əvvəlinə olan rəsmi məlumata görə Azərbaycan əhalisinin sayı 10 milyon 224,9 min nəfər olub və onların 51,3 faizini qadınlar, 48,7 faizini isə kişilər təşkil edib.
Yeniavaz.com xəbər verir ki, 85 yaşdan yuxarı insanların ümumi əhali içərisində payı 1,2 faiz təşkil edir. Bu, təxminən 124,3 min nəfər deməkdir. Həmin yaş qrupunun 59,2 faizi, yəni təxminən 73,6 min nəfəri qadınlardan, 40,8 faizi isə – 50,7 min nəfəri kişilərdən ibarətdir. Beləliklə, 85 yaşdan yuxarı qadınların sayı kişilərin sayını təxminən 21 min nəfər qabaqlayır. Ən çox əhali 30–39 yaş aralığında cəmlənib. Bu yaşda olanların sayı ümumi əhalinin təxminən 9 faizinə bərabərdir ki, bu da 920 min nəfərə yaxın deməkdir. 30–34 yaş aralığında təxminən 450 min nəfər, 35–39 yaş aralığında isə 470 min nəfər yaşayır.
Uşaqlar da əhalinin əhəmiyyətli hissəsini təşkil edir. 0–14 yaş arası əhali ümumi sayın 20 faizindən çoxunu, yəni 2 milyon nəfərə yaxın hissəni əhatə edir.
Elnur Əli