Bakı ilə Zəngəzur arasında 280 dəfə fərq var – Rayonlar üzrə kredit məbləği


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar tərəfindən 27 milyard 477 milyon 656 min manat kredit verilib.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, adambaşına düşən kredit məbləği 2 min 687 manat olub.
Qeyd edək ki, ən yüksək kredit məbləği Bakı şəhərinin payına düşüb. Rəsmi statistikaya görə, Bakı şəhərində əhalinin sayı 2 milyon 351,3 min nəfər olub. Paytaxtda banklar tərəfindən verilən kreditlərin həcmi isə 21 milyard 35,3 milyon manat olub. Nəticədə, Bakıda adambaşına düşən kredit məbləği 8 min 948 manat təşkil edib.
Ölkənin digər bölgələrində adambaşına düşən kredit məbləği paytaxt ilə müqayisədə dəfələrlə aşağı olub. Bakıdan sonra ən yüksək kredit məbləği Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda adambaşına düşən kredit məbləği Bakı ilə müqayisədə 7,2 dəfə az – 1 247 manat olub. Ən az kredit isə Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb ki, burada adambaşına düşən kredit məbləği cəmi 32 manat təşkil edib. Bu isə paytax Bakı ilə müqayisədə 280 dəfə azdır.
Azərbaycanın iqtisadi rayonlarında əhalinin sayı, banklar tərəfindən verilən kreditlər və adambaşına düşən kredit məbləği belə olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top