
ABŞ Senatı 2026-cı maliyyə ili üçün (oktyabrın 1-də başlayır) hərbi xərclərə 925 milyard dollar, o cümlədən Ukrayna üçün 500 milyon dollar yardımı təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, sənədi 77 deputat dəstəkləyib, 20 deputat əleyhinə çıxıb.
Qanun layihəsinin ABŞ Konqresinin yuxarı palatasında qəbul edilməsi üçün ən azı 60 səs lazımdır.
Senatın Silahlı Qüvvələr Komitəsinin əvvəllər açıqladığı materiallada qeyd edildiyi kimi, sənəd Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsünün (USAI) 2028-ci ilə qədər uzadılmasını və bu proqram üçün maliyyənin 500 milyon dollara qədər genişləndirilməsini” nəzərdə tutur.
USAI Pentaqonun birbaşa Amerika arsenallarından avadanlıq və resurslar təmin etməkdənsə, istehsalçılarla müqavilələr bağlamağı nəzərdə tutur.
Qeyd edək ki, sentyabrda Nümayəndələr Palatası ABŞ-nin 2026-cı maliyyə ili üçün hərbi xərclər haqqında qanun layihəsinin öz versiyasını qəbul edib və bu, təxminən 900 milyard dollar, o cümlədən Ukrayna üçün 400 milyon dolar yardımdır.
Sənədin yekun variantına qanunverici orqanın hər iki palatasının nümayəndələrindən ibarət xüsusi komissiya yenidən baxacaq. Yalnız bundan sonra o, imzalanması üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.