Belçikada terror planı hazırlamaqda şübhəli bilinənlər həbs edildi − Hədəf baş nazir idi


Antverpendə siyasətçilərə, o cümlədən ölkənin Baş naziri Bart de Veverə qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən üç gənc saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Belga” agentliyi prokurorluğa istinadən məlumat yayıb. 
Saxlanılanların 18, 23 və 24 yaşlarında olduğu bildirilir. Prokurorluğun məlumatına görə, onlar “cihadçılıq ideologiyasından ilhamlanan terror hücumu” planlaşdırırdılar. Onlar axtarışlar zamanı saxlanılıb, hüquq-mühafizə orqanları əldəqayırma partlayıcı qurğunun yığılması üçün materiallar tapıblar. Prokurorluq hesab edir ki, şübhəlilər partlayıcı qurğunu pilotsuz təyyarəyə bağlamağı planlaşdırıblar.
Saxlanılanlardan biri sərbəst buraxılıb, digər ikisi isə oktyabrın 10-da müstəntiq hakimi qarşısına çıxacaq.
Bəzi Belçika mediası və AFP xəbər agentliyinin məlumatına görə, Baş nazir Bart de Vever sui-qəsdin hədəfi ola bilər. “Belga”nın məlumatına görə, axtarış onun şəxsi evindən cəmi bir neçə yüz metr aralıda aparılıb. Belçikanın xarici işlər naziri Maksime Prevost Baş nazir Bart de Veverə qarşı planlaşdırılan hücum xəbərindən “dərin sarsıntı keçirdiyini” yazıb.

DİGƏR XƏBƏRLƏR

Top