
Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Onneks” MMC (VÖEN – 1803265561) olub.
Bildirilir ki, tenderin qalibi olan şirkət nazirliyin rəsmi veb səhifəsinin – www.maliyye.gov.az informasiya portalının müvafiq qanunvericiliyin tələblərinə uyğun yenidən dizayn edilməsi işlərini həyata keçirəcək və qarşılığnda 39 min 475 manat alacaq.
Qeyd edək ki, “Onneks” MMC 26 yanvar 2017-ci il tarixində Sabunçu rayonu, Zabrat ŞTQ, Sahə - 8, ev 4 ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Novruzov Nazim Mikayıl oğludur.
Elnur Əli