Kəpənəyə qanad köçürdülər


Smittaundakı (ABŞ, Nyu-York ştatı) “Sweetbriar” Təbiət Mərkəzinin mütəxəssisləri qeyri-adi əməliyyat həyata keçiriblər.
Yeniavaz.com
“CBS News” telekanalına istinadla xəbər verir ki, baytar həkimlər qanadı zədələnmiş monarx kəpənəyinə yeni qanad köçürüblər.
Məlumata görə, əməliyyat cəmi bir neçə dəqiqə çəkib. Nəticədə, kəpənəyin uçma qabiliyyəti bərpa olub.
Vəhşi heyvanların reabilitasiyası mərkəzinin direktoru Canin Bendiksen yaralı kəpənəyi “Maral Parkı”ndan yerli sakin Daqmar Hoffdevisin gətirdiyini deyib.
Kəpənəyi xilas etmək üçün mütəxəssis qeyri-adi üsuldan - qanad transplantasiyasından istifadə etmək qərarına gəlib.
Transplantasiya zamani qanadın bərkidilməsi üçün kontakt sement, qarğıdalı nişastası və nazik məftildən istifadə edilib.
Bendiksen kəpənəklərin qanadlarında sinir ucları və qan axını olmadığı üçün əməliyyatın kəpənək üçün ağrısız olduğunu qeyd edib.
İndi xilas edilmiş monarx kəpənəyi Meksikaya köç etmək üçün səyahətinə davam edir.
Mütəxəssis belə bir proseduru ilk dəfə həyata keçirdiyini və artıq müxtəlif ölkələrdən olan həmkarlarından onun nümunəsindən ilhamlanaraq zənglər aldığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top