III MDB Oyunları başa çatıb – Azərbaycan ikinci yerdə qərarlaşıb


Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, son yarış günü Şəkidə baş tutan bədii gimnastika üzrə qarşılaşmalarda idmançılarımız ümumilikdə 6 medal əldə ediblər.
Beləliklə, Azərbaycan idmançıları Oyunları ümumilikdə 184 medalla tamamlayıblar. Qazanılan medallardan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olub. Bu göstəriciyə əsasən yığmamız ümumi sıralamada ikinci yerdə qərarlaşıb. Turnirin qalibi Rusiya komandası olub.
Nəticədə, Azərbaycan təmsilçiləri 2021-ci ildən keçirilən MDB Oyunları tarixində öz ən yüksək nəticəsini göstəriblər. Qeyd edək ki, ölkəmiz birinci Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikinci Oyunlarda isə 62 (10 qızıl, 17 gümüş, 35 bürünc) medal qazanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top