Bu “Tesla”lar çox ucuz olacaq


Amerikalı sahibkar İlon Maska məxsus “Tesla” şirkəti ən ucuz elektrik avtomobillərini buraxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.
Beləliklə, şirkətin məşhur modellərinin sadələşdirilmiş versiyaları kimi, “Model 3 Standard” liftbek və “Model Y Standard” krossoverinin anonsu baş tutub.
Hər iki avtomobil 840 km (520 mil) məsafə qət edən elektrik mühərriki ilə təchiz olunub ki, bu da avtomobilin 100 km/saat (62 mil/saat) sürəti 6,8 saniyəyə yığmasına imkan verir.
Xərcləri azaltmaq üçün “Tesla” panoramalı tavanları, işıq panellərini, arxa oturacaqlar üçün displeyləri, həmçinin qapıətrafı işıqlandırmaları ləğv edib.
Bununla yanaşı, bu versiyalarda elektrik güzgüləri də yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top