
Qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük yoxlaması tətbiq edilib:
“Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd “Pamp” markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

