Türkiyəli məşhurlar sərbəst buraxıldı – Siyahı + Yenilənib


Türkiyədə narkotik istifadə araşdırması çərçivəsində saxlanılan 19 məşhur sərbəst buraxılıb.
Yeniavaz.com
 “Sözcü”yə istinadən xəbər verir ki, saxlanılanlar polis tərəfindən ölkənin Ədliyyə Tibb Qurumuna sövq edilib.
Qan, sidik və saç nümunələri götürüldükdən sonra, onlar yenidən polis şöbəsinə aparılıb və sonra sərbəst buraxılıblar.
Dindirilmək üçün şöbəyə aparılan İrem Dericinin vəkili Ayşegül Mermer jurnalistlərə açıqlama verib:
“Davam edən istintaq çərçivəsində bir çox sənətçi və aktyordan ifadələr alınır. Onların arasında müvəkkilim İrem Derici də var. Hazırda ifadələrini verirlər. Müvəkkilim son bir ildə siqaret belə çəkməyib. O, heç vaxt iddia edildiyi kimi qadağan olunmuş maddələrdən istifadə etmək və ya istifadəni təşviq etmək kimi cinayətlər törətməyib. Bu, hesabat təqdim olunanda üzə çıxacaq. Hazırda faylda məxfilik əmri var. Detalları görə bilmirik. Məlumatı təsdiqlədikdən sonra daha dəqiq məlumat verə bilərəm. İstintaqın nə üçün başladığını bilmirik, çünki orada məxfilik hökmü var, ona görə də təfərrüatları bilmirik. Bu həbs prosesi deyil; onlar ifadə verirlər. İnanıram ki, xaricdə olan Simge Sağın və Ziynet Sali qayıdandan sonra sorğu-sual olunacaqlar​​​​​​.


***10:07
İstanbulda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla aralarında müğənnilər Hadisə, İrem Derici, Simge Sağın, həmçinin bir müddət əvvəl azadlığa buraxılan məşhur cütlük Dilan və Engin Polatın da olduğu xeyli sayda məşhur sima saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.
Bildirilib ki, onların barəsində narkotik vasitələrdən və ya stimullaşdırıcı vasitələrdən istifadə etdiklərinə, eləcə də “narkotikdən istifadəni təşviq etmək” ittihamı ilə istintaq başladılıb.
Saxlanılan məşhurların siyahısı belədir:
Dilan Polat, Engin Polat, Simge Sağın, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger, Ceren Moray Orcan.

***09:10
Məşhur türkiyəli müğənni İrem Derici saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
Bildirilir ki, Derici Şişli rayonundakı evində saxlanılıb.
“İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində müğənni İrem Derici “narkotikdən istifadəni təşviq etmək” ittihamı ilə istintaqa cəlb olunub”, - “Birgün” yazır.

DİGƏR XƏBƏRLƏR

Top