
Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəs danışıqlarının ikinci günü başa çatıb.
Yeniavaz.com Misirin “Əl-Ghad” telekanalına istinadən xəbər verir ki, bu danışıqlardan sonra HƏMAS hərəkatı israilli girovların fələstinli məhbuslarla mübadiləsi başlamazdan əvvəl atəşkəsdə israr edir.
Mənbələrinin bildirdiyinə görə, vasitəçilərin iştirak etdiyi məsləhətləşmələr təxminən beş saat davam edib.