
İranın qərbində Kürdüstan əyalətinin Servabad şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına silahlı hücum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla məlumat yayıb.
“Əks-inqilabçı qruplaşmalardan birinin üzvlərinin Servabaddakı SEPAH qərargahına əl qumbarası atması nəticəsində iki SEPAH üzvü həlak olub”, - agentlikdən bildirilib.
Agentliyin verdiyi məlumata görə, qruplaşma üzvləri ilə toqquşma zamanı SEPAH-ın daha üç üzvü yaralanıb.