UEFA iki liqa oyununun Avropadan kənarda keçirilməsinə icazə verdi


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İspaniya və İtaliya liqalarının iki oyununun həmin ölkələrdən kənarda keçirilməsinə razılıq vermək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən məlumat verilib.
Qərara əsasən, İspaniya liqasından “Barselona”-“Vilyarreal” matçı ABŞ-nin Mayami, İtaliya liqasından “Milan”-“Komo” oyunu isə  Avstraliyanın Pert şəhərində keçiriləcək.
“Barselona”-“Vilyarreal” oyunu dekabrın 21-ə, “Milan”-“Komo” görüşü isə fevralın 6-na təyin edilib.
UEFA İcraiyyə Komitəsi bu qərarın istisna xarakter daşıdığını bildirib.
“Məqsədimiz aydındır: milli futbolun bütövlüyünü qorumaq və futbolun doğma mühitində qalmasını təmin etmək”, - UEFA İcraiyyə Komitəsi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top