
“Mançester Siti”nin hücumçusu Erlinq Holan İngiltərə Premyer Liqasında çıxış etdiyi 23 stadiondan 22-də qol vurub.
Yeniavaz.com xəbər verir ki, dünən, oktyabrın 5-də, norveçli futbolçu Premyer Liqanın 7-ci turunun səfər matçında “Citizens”ə “Brentford” üzərində minimal hesablı qələbə qazandırıb.
“Brentford” ilə matçda Holan “Jitek Community Stadium”da ilk dəfə qol vurub. Forvardın Premyer Liqada indi qolsuz cəmi bir stadionu var: “Liverpul”un ev meydançası olan “Enfild”.
Bu mövsüm 25 yaşlı Holan Premyer Liqada 7 matçda meydana çıxıb, 9 qol vurub və məhsuldar ötürmə edib.
Premyer Liqanın 25-ci turunda “Mançester Siti” “Enfild”də “Liverpul”la qarşılaşacaq. Qarşılaşma 2026-cı il fevralın 7-də baş tutacaq.