“Taliban” Əfqanıstandakı aviabazanı ABŞ-yə verməkdən imtina etdi


“Taliban”ın xüsusi nümayəndəsi Zabihullah Mücahid Əfqanıstanın aviabazasını ABŞ-yə təhvil verməyəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Sky News” telekanalına müsahibəsində danışıb.
“Əfqanlar heç vaxt, heç bir şəraitdə öz torpaqlarının kiməsə təhvil verilməsinə icazə verməyəcəklər”, - “Taliban”ın xüsusi nümayəndəsi qeyd edib.
Eyni zamanda, Mücahid bildirib ki, “Taliban” hökuməti ABŞ nümayəndələri ilə Əfqanıstanın Vaşinqtondakı səfirliyinin və Amerikanın Kabildəki səfirliyinin yenidən açılması ilə bağlı danışıqlar aparıb.
Qeyd edək ki, sentyabr ayında ABŞ Prezidenti Donald Tramp deyib ki, Ağ Ev Əfqanıstanda Kabilin şimalında yerləşən “Baqram” aviabazasını geri qaytarmaq istəyir, çünki onun yeri Çinə yaxın olduğuna görə vacibdir.
Xatırladaq ki, “Taliban” 2021-ci il avqustun 15-də Əfqanıstana tam nəzarəti ələ keçirdiyini elan edib. Həmin il avqustun 31-də ABŞ bu ölkədəki iyirmi illik hərbi missiyasını başa vuraraq, öz hərbi kontingentini Əfqanıstandan çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top