İsrail və HƏMAS “Tramp planı”nın şərtləri ilə bağlı danışıqlara başlayıb


Bu gün, oktyabrın 6-da Misirdə ölkə hökumətinin vasitəçiliyi ilə İsrail ilə Fələstinin radikal islamçı HƏMAS hərəkatı arasında danışıqlar başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, tərəflər vasitəçilər vasitəsilə ABŞ Prezidenti Donald Trampın sülh planına daxil olan Qəzza zolağında atəşkəs şərtlərini müzakirə edirlər.
Danışıqların birinci məsələsi HƏMAS tərəfindən girovların azad edilməsi və İsrail tərəfindən fələstinli məhbusların azad edilməsidir.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff da Misirə səfər edib.
Misirdə danışıqlar başlamazdan əvvəl prezident Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb ki, həftə sonu HƏMAS və dünya ölkələri ilə girovların azad edilməsi və Qəzzada müharibənin dayandırılması ilə bağlı çox müsbət danışıqlar aparılıb. Trampın sözlərinə görə, texniki qruplar detalları yekunlaşdırmaq üçün bazar ertəsi Misirdə yenidən görüşəcək . ABŞ prezidenti tərəfləri tez hərəkət etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top