
İngiltərə Premyer Liqasının üç klubu – “Mançester Yunayted”, “Tottenhem” və “Nyukasl” “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegeni sonradan almaq imkanı ilə icarəyə götürməkdə maraqlıdır.
Yenavaz.com xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məlumat yayıb.
Məlumata görə, gənc ispan qapıçı Joan Qarsiya La Liqa mövsümünün əvvəlində təsirli oyun nümayiş etdirdiyi üçün Kataloniya klubunun rəhbərliyi 33 yaşlı qolkiperi satmağı düşünür.
Belə ki, zcari çempionatda 24 yaşlı Qarsiya 6 oyun keçirib, cəmi 4 qol buraxıb və 3 oyunda qapısını toxinulmaz saxlayıb.
Qeyd edək ki, 2014-cü ilin yayında “Barselona”ya qoşulandan bəri Ter Ştegen klubda 422 oyun keçirib, altı İspaniya Liqasını, altıİspaniya Kubokunu və bir Çempionlar Liqasını qazanıb.
Xatırladaq ki, “Transfermarkt” portalına görə, Ter Stegenin transfer qiyməti 8 milyon avro qiymətləndirir.